Axios: Tramp Netanyahunu Suriyadan qoşunları çıxarmağa çağırıb


Axios nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı İsrailin Suriyadakı hərbi mövcudluğunu azaltmasını və Livanda da oxşar addımlar atmasını istəyib.

Turkustan.az xəbər verir ki, iddia Trampın Suriya prezidenti Əhməd əş-Şara ilə NATO Zirvəsi çərçivəsində keçirdiyi görüşdən sonra gündəmə gəlib.

Axios-a danışan ABŞ rəsmilərinin sözlərinə görə, Donald Tramp cümə axşamı Netanyahu ilə telefon danışığında İsrailin Suriyadan qoşunlarını mərhələli şəkildə çıxarmağa başlamasının vacibliyini vurğulayıb.

Nəşrə danışan ABŞ rəsmisi bildirib ki, Tramp Netanyahuya İsrailin Suriya ərazisində hərbi mövcudluğunun gərginliyi artırdığını və münaqişənin daha da dərinləşməsi riskini yüksəltdiyini deyib.

Həmin mənbənin iddiasına görə, Tramp Netanyahuya "Onlar səni orada istəmirlər. Qüvvələrini yenidən yerləşdirməlisən" ifadəsini işlədib və əlavə edib ki, eyni yanaşma Livandakı vəziyyətə də şamil olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ