Çin alimləri aşağı Yer orbitində fəaliyyət göstərən peykləri sıradan çıxara biləcək yeni mikrodalğalı silah hazırladıqlarını açıqlayıblar.
Turkustan.az xəbər verir ki, Çinli tədqiqatçılar bir neçə güclü şüalandırıcıdan ibarət sistemin kosmik aparatların, o cümlədən Starlink peyklərinin elektron avadanlığını zədələyə biləcək güclü impulslar yarada bildiyini bildiriblər.
Hazırda bu sistemin real döyüş şəraitində sınaqdan keçirilib-keçirilmədiyi və ya Çin ordusunun silahlanmasına qəbul olunub-olunmadığı barədə rəsmi məlumat açıqlanmayıb. Bununla belə, belə texnologiyalar gələcəkdə kosmosdakı rabitə və peyk infrastrukturuna qarşı istifadə oluna biləcək perspektivli vasitələrdən biri hesab edilir. /Musavat.com/