İsrailin müdafiə naziri Yisrael Katz ABŞ Prezidenti Donald Trampın İsrailin işğal olunmuş Cənubi Livandan qoşunlarını çıxaracağına dair açıqlamasına cavab verib.
Turkustan.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Katz Trampın açıqlamasına yazılı reaksiya verərək bildirib ki, İsrail Livanda qalmaq üçün heç kimin icazəsinə ehtiyac duymur.
Katz Cənubi Livandakı hərbi mövcudluğun İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını iddia edib. O bildirib:
"Biz Livana daxil olmaq üçün heç kimdən icazə istəmədik və orada qalmaq üçün də heç kimin icazəsinə ehtiyacımız yoxdur."
Nazir qeyd edib ki, Hizbullah Livan ərazisində silahsızlaşdırılana və İsrailin şimal bölgələri üçün təhlükə aradan qaldırılana qədər İsrail ordusu Livandakı təhlükəsizlik zonasında qalacaq və zəruri hesab etdiyi əməliyyatları davam etdirəcək.
Aytən Yaşar/ Turkustan.az