Çində fabrikdə dəhşətli yanğın: 28 nəfər öldü


Çinin Fujian əyalətində ayaqqabı fabrikində baş verən yanğın nəticəsində 28 nəfər həyatını itirib.

Turkustan.az xəbər verir ki, Çin mediasının məlumatına görə, hadisə Fujian əyalətinin Jinjiang şəhərində yerləşən Huiteng Shoes fabrikində baş verib. Yanğın nəticəsində ölənlərin sayı 28 nəfər olaraq təsdiqlənib. Yerli hakimiyyət orqanları yanğının nəzarət altına alındığını açıqlayıb.

Çin Prezidenti Si Cinpin yaralıların müalicəsi, həlak olanların ailələrinə lazımi dəstəyin göstərilməsi, yanğının səbəblərinin qısa müddətdə araşdırılması və məsul şəxslərin müəyyən edilərək cəzalandırılması üçün bütün imkanların səfərbər olunmasını tapşırıb.

Si Cinpin bu il ölkədə baş verən çoxsaylı istehsalat qəzalarına da diqqət çəkərək, yerli hökumət və aidiyyəti qurumların təhlükəsizlik tədbirlərini gücləndirməli, potensial riskləri aradan qaldırmalı və belə faciələrin təkrarlanmasının qarşısını almalı olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ