Küveyt və Bəhreyndə hava hücumundan müdafiə sistemləri işə düşdü


Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatlarının hücumlarının qarşısını almaq üçün fəaliyyət göstərdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ordunun X sosial media platformasındakı rəsmi hesabında yayılan məlumatda bildirilib ki, hava hücumundan müdafiə sistemləri raket və dron təhdidlərinə qarşı aktiv şəkildə işləyir. Hücumun mənbəyi barədə məlumat verilməsə də, eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin müdaxiləsi nəticəsində yarandığı qeyd olunub.

Bu arada, Bəhreyn Daxili İşlər Nazirliyi ölkə üzrə xəbərdarlıq sirenlərinin işə salındığını açıqlayıb və vətəndaşları təhlükəsiz ərazilərə sığınmağa çağırıb.

Hadisələr ABŞ Prezidenti Donald Trampın İrana yönəlmiş sərt açıqlamalarından sonra baş verib. Məlumata görə, ABŞ ordusu gecə saatlarında İranın Hörmüz boğazı yaxınlığındakı ərazilərinə hava zərbələri endirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ