Ərdoğanın hədiyyəsi Avropada gündəm oldu: Meloninin qərarı diqqət çəkdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə görüşündən sonra liderlərə hədiyyə etdiyi xüsusi hazırlanmış oyma revolverlər Avropada müzakirə mövzusu olaraq qalır.

Turkustan.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesini tanıtmaq məqsədilə təqdim olunan və döyüş sursatı ilə birlikdə verildiyi bildirilən revolverlərin müxtəlif ölkələrdə necə saxlanıldığı da məlum olub.

"Reuters" agentliyinin məlumatına görə, Belçikanın Baş naziri Bart De Vever hədiyyəni yalnız ölkəsinə qayıtdıqdan sonra açıb. Revolver və sursatı gördükdən sonra silahı Brüssel Hava Limanı polisinə təhvil verib. Təhlükəsizlik məqsədilə revolverin xüsusi seyfdə saxlanıldığı bildirilib.

Polşa Prezidenti Karol Navrotskinin müşaviri isə revolverin hazırda Varşava hava limanında gömrük rəsmiləşdirilməsini gözlədiyini açıqlayıb. O bildirib ki, silah təhlükəsiz şəkildə saxlanılacaq və ondan istifadə edilməyəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ