NATO Zirvəsindən əvvəl Afinadan təəccüblü bir müharibə mesajı: Türkiyə...


Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə–Yunanıstan münasibətləri və mümkün hərbi gərginliklər barədə açıqlama verib.

Turkustan.az xəbər verir ki, Mitsotakis bu barədə “Liberal” xəbər platformasına müsahibəsində danışıb.

Baş nazir Türkiyə ilə əlaqə kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayaraq iki ölkə arasında dialoqun davam etdirilməsinin önəmini qeyd edib.

“Biz heç bir halda müharibəni nəzərdə tutmuruq. Türkiyə ilə silahlı münaqişə gözləmirik”, – deyə Mitsotakis bildirib. O, eyni zamanda Yunanıstanın suverenliyinə heç kimin meydan oxumaması üçün çəkindirmə qabiliyyətinin gücləndirilməli olduğunu qeyd edib.

Mitsotakis regional sabitliyin ölkəsinin əsas prioriteti olduğunu və mövcud problemlərin yalnız dialoq yolu ilə həll edilməli olduğunu bildirib.

Baş nazir Prezident Rəcəb Tayyib Ərdoğanla görüşə açıq olduğunu da vurğulayıb.

“Coğrafiya bizi fikir ayrılıqlarımıza baxmayaraq, sülh içində birgə yaşamağa məcbur edir. Mən həmişə Türkiyə ilə mümkün olan ən güclü mövqedən danışıqlar aparmağa hazıram”, – deyə o əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ