Çin və Banqladeş münasibətlərini yeni strateji səviyyəyə qaldırdı


Çin və Banqladeş ikitərəfli münasibətlərini "bütün şəraitdə ortaq gələcəyi paylaşan bir cəmiyyət" səviyyəsinə yüksəltmək barədə razılığa gəlib.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Prezident Si Cinpin Pekində Banqladeşin Baş naziri Tariq Rəhmanla görüş keçirib.

Tərəflər görüş zamanı iki ölkə arasında münasibətlərin "hərtərəfli strateji əməkdaşlıq tərəfdaşlığı" səviyyəsindən daha yüksək mərhələyə – "bütün şəraitdə ortaq gələcəyi paylaşan bir cəmiyyət" formatına keçirilməsi barədə razılıq əldə ediblər.

Si Cinpin çıxışı zamanı bu ilin əvvəlində vəzifəyə başlayan Baş nazir Tariq Rəhmanın rəhbərlik etdiyi hökuməti dəstəklədiklərini bildirib. O, həmçinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Banqladeşlə yüksək keyfiyyətli əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ