Kipr Yunan Administrasiyası, İsrail, Yunanıstan və ABŞ Şərqi Aralıq dənizi Enerji Mərkəzinin yaradılması ilə bağlı razılığa gəliblər.
Tukustan.az xəbər verir ki, Yunan mətbuatının yaydığı məlumata görə, tərəflər Şərqi Aralıq dənizində enerji əməkdaşlığının genişləndirilməsi və yeni birgə yol xəritəsinin hazırlanması məqsədilə niyyət bəyannaməsi imzalayıblar.
Sənəd Kipr Enerji naziri Mixalis Damianos, Yunanıstan Enerji naziri Stavros Papastavru, İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter və ABŞ Enerji katibi Chris Wright tərəfindən ABŞ-ın Hyuston şəhərində keçirilən görüş zamanı imzalanıb.
Məlumata əsasən, tərəflər enerji təhlükəsizliyi, dənizdə təbii qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi, regional infrastruktur layihələri, innovasiya və tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
“CyprusMail”in xəbərinə görə, qarşıdakı aylarda bu sahələr üzrə konkret fəaliyyət planının hazırlanması üçün bir sıra işçi qrup görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Aytən Yaşar/ Turkustan.az