ABŞ prezidenti Donald Tramp İranla bağlı yayılan xəbərlərə sərt reaksiya verib və Tehran tərəfinin təqdim etdiyi məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp sosial şəbəkədəki paylaşımında qeyd edib ki, İranın bəzi media orqanlarına sızdırdığı iddia edilən şərtlər razılaşdırılmış yazılı sənədlərlə heç bir əlaqəyə malik deyil.
“Onların dedikləri tamamilə yalandır. Razılaşma ilə bağlı zəif və əsassız iddialar həqiqətə uyğun deyil. Onların açıqlamaları reallığı əks etdirmir. Onlarla işləmək şərəfsizdir və vicdanlı əməkdaşlıq mümkün deyil”, – deyə Tramp bildirib.
ABŞ prezidenti həmçinin Hörmüz boğazı ilə bağlı iddialara da toxunub və Hindistana məxsus gəmilərə qarşı həyata keçirildiyi iddia edilən dron hücumunu “qəbuledilməz” adlandırıb. Onun sözlərinə görə, bu cür insidentlərə dərhal reaksiya verilməlidir.
Aytən Yaşar/ Turkustan.az