Vəziyyət yenidən əvvəlki halına qayıdır! İran Trampın açıqlamalarını təkzib edir


ABŞ prezidenti Donald Trampın İranla nüvə danışıqlarında razılaşma əldə olunduğuna dair açıqlamaları beynəlxalq gündəmdə geniş rezonans doğurub.

Turkustan.az xəbər verir ki, Tramp əldə olunan razılaşmanı “mükəmməl” adlandıraraq sənədin yaxın günlərdə imzalana biləcəyini bildirib. Lakin İran tərəfi prosesin hələ yekunlaşmadığını vurğulayaraq bu açıqlamalara ehtiyatla yanaşıb.

Tramp jurnalistlərə açıqlamasında ABŞ və İran arasında mühüm irəliləyiş əldə edildiyini qeyd edib:

“İranla çox yaxşı bir razılaşma əldə etmişik. Sənədin yaxın günlərdə imzalanması mümkündür. İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair razılıq əldə etmişik. Ümid edirik ki, proses qısa müddətdə yekunlaşacaq. Razılaşma imzalanan kimi boğazlar yenidən açılacaq. İmza mərasimi şənbə və ya bazar ertəsi keçirilə bilər. Hesab edirik ki, proses sürətlə irəliləyəcək”.

ABŞ prezidenti həmçinin iddia edib ki, razılaşmanın imzalanmasından sonra Hörmüz boğazında gəmiçilik fəaliyyətinin tam bərpası təmin olunacaq.

Bununla yanaşı, İran rəsmiləri Trampın açıqlamalarını təsdiqləməyərək bildiriblər ki, tərəflər arasında danışıqlar davam edir və hələlik yekun razılaşma əldə olunmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ