Özəl yeni partiya haqqında ilk dəfə bu qədər açıq danışdı: Əgər Kılıçdaroğlu...


CHP sədri Özgür Özəl yeni partiya yaradacağı ilə bağlı iddialara münasibət bildirib.

Turkustan.az xəbər verir ki, o, hazırda belə bir planlarının olmadığını vurğulayaraq, CHP daxilində mübarizəni davam etdirəcəklərini deyib.

Jurnalist Fatih Altaylıya müsahibəsində danışan Özel bildirib ki, CHP-dən ayrılmaq və ya yeni siyasi təşkilat yaratmaq gündəmdə deyil.

“Hazırda yeni partiya qurmaq və ya CHP-dən ayrılmaq niyyətimiz yoxdur. Sona qədər mübarizə aparacağıq, bütün hüquqi imkanlardan istifadə edəcəyik. Bu partiya bizim partiyamızdır. Təşkilatımız, üzvlərimiz və seçicilərimizlə güclü bağlarımız var. Biz bu partiyanın seçilmiş rəhbərliyiyik. Niyə ayrılaq? İnanırıq ki, partiyanı ələ keçirmək istəyənlərdən onu geri alacağıq”, – deyə Özəl bildirib.

Özə əlavə edib ki, yeni partiya yaratmaq məsələsi yalnız bütün siyasi və hüquqi yolların tükənəcəyi halda müzakirə oluna bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ