NATO: ABŞ-ın ixtisarları Alyansı gücləncirəcək


NATO sözçüsü Allison Hart ABŞ-ın Avropadakı əməliyyatlar üçün ayrılan təyyarə və döyüş gəmilərinin sayını azaldacağını təsdiqləyib və bildirib ki, bu, tək bir müttəfiqə həddindən artıq asılılığı azaldacaq və Alyansı gələcəkdə daha dayanıqlı bir təmələ qoyacaq.

Turkustan.az xəbər verir ki, “The New York Times” qəzeti iki yüksək vəzifəli Avropa rəsmisinə istinadən iddia edib ki, ABŞ NATO-nun Avropadakı əməliyyatları üçün ayırdığı təyyarə və hərbi gəmilərin sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

Xəbərdə ABŞ-ın NATO-ya ayırdığı F-16 və F-15E qırıcı təyyarələrinin sayının təxminən 150-dən 100-ə, dəniz müşahidə təyyarələrinin sayının 26-dan 15-ə endiriləcəyi və 8 hava yanacaqdoldurma təyyarəsinin tamamilə geri çağırılacağı bildirilirdi.

Xəbərdə əvvəllər Avropanı müdafiə etmək üçün təyin olunmuş iki bombardmançı qrupdan birinin başqa əraziyə köçürüləcəyi, raket daşıma qabiliyyətinə malik sualtı qayığın və təyyarədaşıyan gəminin isə başqa yerdə yerləşdiriləcəyi bildirilirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ