Bloomberg: ABŞ və İran G7 Zirvəsindən əvvəl razılığa gələ bilər


ABŞ mediası xəbər verir ki, Vaşinqton və Tehran arasında razılaşma gələn həftə Fransada keçiriləcək G7 Zirvəsinə qədər əldə oluna bilər.

Turkustan.az xəbər verir ki,ABŞ prezidenti Donald Tramp bildirib ki, sənədin imzalanma mərasiminin bu həftəsonu baş tutacağını gözləyir.

ABŞ-ın nüfuzlu media qurumlarından biri olan Bloomberg News-un məlumatına görə, Tramp administrasiyası ilə İran arasında sülh sazişinin G7 sammitindən əvvəl imzalanması ehtimalı yüksəkdir.

Bu xəbər Trampın "İranla müharibəni bitirdik" açıqlamasından sonra gündəmə gəlib.

Vasitəçi ölkələrdən birinin diplomatı və Axios-a danışan ABŞ rəsmisinin sözlərinə görə, müzakirə olunan ABŞ–İran memorandumunda Hörmüz boğazının tranzit rüsumları tətbiq edilmədən dərhal yenidən açılması, eləcə də İranın öhdəliklərinə əməl etməsi şərti ilə sanksiyaların mərhələli şəkildə yumşaldılması nəzərdə tutulur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ