“Rusiya Ermənistanı Avropa İttifaqının (Aİ) artıq iqtisadi birlikdən çox, hərbi-siyasi quruma çevrildiyi barədə xəbərdar edib”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, Moskva uzun illərdir ki, qapalı formatda İrəvanın diqqətini Avropa İttifaqının Rusiyaya münasibətinə yönəldir:
“Rusiya tərəfi Ermənistanla söhbətlərdə Aİ-nin əvvəlki kimi yalnız iqtisadi inteqrasiya layihəsi olmadığını vurğulayıb. Avropa İttifaqı faktiki olaraq hərbi-siyasi ittifaqa çevrilib və Moskvaya qarşı açıq şəkildə düşmən mövqe nümayiş etdirir.
Kreml bu məsələyə görə erməni tərəfdaşlarının diqqətini cəlb etməyə davam edir və onları atdıqları addımların nəticələri barədə düşünməyə çağırır”./Globalinfo.az