CHP-də məhkəmə qərarı: Kılıçdaroğlu rəhbərliyə qayıdır


Ankara Regional Apellyasiya Məhkəməsinin 36-cı Mülki Kollegiyası CHP qurultayı ilə bağlı iş üzrə qərar qəbul edib.

Turkustan.az xəbər verir ki, qərara əsasən, partiya sədri Özgür Özəl və hazırkı rəhbərlik müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılıb, partiyanın idarəçiliyinin isə keçmiş sədr Kemal Kılıçdaroğlu və onun komandasına həvalə olunduğu bildirilib.

Qərardan sonra Kılıçdaroğlu sosial şəbəkədə açıqlama yayıb:

“Cümhuriyyət Xalq Partiyası şəxsi ambisiyaların mübarizə meydanı deyil. CHP millətin suverenliyinin təcəssümüdür. Məhkəmənin 38-ci növbədənkənar qurultayla bağlı qərarı parçalanmaya deyil, əksinə, yüzillik çinarımızın bayrağı altında birləşməyə fürsət yaratmalıdır.”

Kılıçdaroğlu açıqlamasında partiya daxilində birlik və həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ