ABŞ və İsrail bu həftənin əvvəlində İrana qarşı mümkün hücumların yenidən başlaması üçün intensiv hazırlıqlar görürlər.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The New York Times” qəzeti məlumat yayıb .
İki Yaxın Şərq rəsmisi bildirib ki, ABŞ və İsrail bu həftənin əvvəlində İrana qarşı hücumların bərpası üçün intensiv hazırlıqlar görürlər - atəşkəs qüvvəyə mindikdən bəri ən böyük hazırlıqdır.
Bu arada, Pentaqon ABŞ prezidenti Donald Trampın ötən ay atəşkəs elan etməsindən sonra dayandırılan "Epik Qəzəb" əməliyyatının "yaxın günlərdə" yenidən başlamasına hazırlaşır.
Öz növbəsində, İsrailin Baş naziri Binyamin Netanyahu ötən həftə sonu Trampla danışdığını bildirib.
Qeyd olunur ki, ABŞ və İsrail hərbi təyyarələri yenidən İrana hava hücumları həyata keçirməyə başlaya bilər, lakin bir çox hərbi analitiklər hesab edirlər ki, təkcə bombalama İranı Amerikanın tələbləri ilə razılaşmağa məcbur edə bilməz.
Aytən Yaşar/ Turkustan.az