Türkiyə XİN: İsrailin Sumud donanmasına müdaxiləsini qınayırıq


Türkiyə Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin Qəzzaya humanitar yardım aparan “Qlobal Sumud Donanması”na hücumunu pisləyib.

Turkustan.az xəbər verir ki, nazirliyin bəyanatında qeyd olunub ki, beynəlxalq sularda həyata keçirilən bu müdaxilə “yeni bir piratçılıq aktıdır” və qətiyyətlə qınanılır. Açıqlamada donanmada təxminən 40 ölkədən vətəndaşların olduğu vurğulanıb.

Bəyanatda bildirilib ki, İsrailin hücum və təzyiq siyasəti beynəlxalq ictimaiyyətin ədalət axtarışına və Fələstin xalqı ilə həmrəyliyə mane ola bilməyəcək.

AK Partiya sözçüsü Ömər Çelik də hadisəyə münasibət bildirərək İsrailin müdaxiləsini “qeyri-insani barbarlıq” adlandırıb və beynəlxalq ictimaiyyəti bu addıma qarşı çıxmağa çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ