Ərdoğan Krım tatarlarının deportasiyasının ildönümünü anıb.
Turkustan.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan Krım tatarlarının deportasiyasının 82-ci ildönümü ilə bağlı paylaşım edib.
O bildirib ki, 82 il əvvəl vətənlərindən sürgün edilən Krım tatarlarının yaşadığı böyük faciə kədərlə anılır.
Ərdoğan vurğulayıb ki, Türkiyə və türk milləti Krım tatarlarının yanında olmağa və onların hüquqlarını beynəlxalq arenada müdafiə etməyə davam edəcək.
Ərdoğan Krım tatarlarının deportasiyasının 82-ci ildönümü ilə bağlı sosial media paylaşımında bunları bildirib:
"82 il əvvəl vətənlərindən sürgün edilən Krım-tatar türk qardaş və bacılarımızın böyük itkilərini kədərlə anırıq və sürgün zamanı şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyirik. Bütün Krım qardaş və bacılarımızın ağrısını ürəkdən bölüşür və hər birinə dərin hüznlə başsağlığı veririk. Unutmamalıyıq ki, Türkiyə və türk milləti Krım qardaş və bacılarımızın yanında olmağa və beynəlxalq arenada onların hüquqlarını müdafiə etməyə davam edəcək."
Aytən Yaşar/ Turkustan.az