İranın təklifi yetərli deyil, bombalar işə düşə bilər...


İran müharibəyə son qoymaq üçün ABŞ-a yenilənmiş razılaşma təklif edib, lakin Ağ Ev bu təklifin yetərli olmadığını düşünür.

Turkustan.az xəbər verir ki, bu barədə “Axios” ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən yazıb.

Qeyd olunur ki, Trampın çərşənbə axşamı hərbi variantları müzakirə etmək üçün ən yüksək milli təhlükəsizlik qrupunu toplaması gözlənilir.

ABŞ-ın yüksək vəzifəli rəsmisi əlavə edib ki, əgər İran mövqeyini dəyişməsə, ABŞ danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq.

Yeni təklifdə İranın nüvə silahı əldə etməmək öhdəliyi ilə bağlı daha çox məqamlar var, lakin uranın zənginləşdirilməsinin dayandırılması və ya mövcud yüksək zənginləşdirilmiş uran ehtiyatının təhvil verilməsi ilə bağlı ətraflı öhdəliklər yoxdur. /axar.az/


MANŞET XƏBƏRLƏRİ