Avropada Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında amerikalıların yerinə iştirak edəcək nümayəndələrin təyin olunması ilə bağlı məsləhətləşmələr gedir. Ehtimal olunan namizədlərdən biri kimi Almaniyanın keçmiş kansleri Angela Merkel göstərilir.
Turkustan.az xəbər verir ki, bu barədə Avropanın beynəlxalq siyasəti üzrə ixtisaslaşmış “Politiko” analitiki Nik Vinokurun podkastında bildirilib.
O, bu namizədin təsdiqlənməsini Avropa üçün dönüş nöqtəsi adlandırır. Çünki bu, ABŞ-ın Ukraynanın maliyyələşdirilməsi və müharibənin diplomatik yolla həllindən uzaqlaşmasından sonra Avropanın Ukraynaya dəstək istiqamətində atdığı ikinci böyük addım olacaq.
Vinokur qeyd edib ki, çox güman, məsləhət şurası deyil, məhz bir nəfər əsas nümayəndə seçiləcək.
O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin bu rol üçün Almaniyanın keçmiş kansleri Herhard Şröderi namizəd göstərmişdi. Lakin bu təklif rədd edilib.