Meloni enerji qiymətləri ilə bağlı Aİ-yə məktub göndərdi


İtaliyanın Baş naziri Giorgia Meloni Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə məktub yazaraq, enerji qiymətlərinin artması ilə mübarizə aparmaq üçün Aİ-nin büdcə qaydalarında çeviklik tələb edib.

Turkustan.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, İtaliya, hazırda müvəqqəti atəşkəs elan edilən ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı müharibənin səbəb olduğu enerji sektorundakı qiymət artımlarına qarşı mübarizə aparmaq üçün Aİ daxilində bir addım atıb.

Baş nazir Meloni fon der Leyenə məktub göndərərək, enerji sektorunda qiymət artımlarına cavab olaraq Aİ-dən sabitliyə və büdcə qaydalarına daha çevik yanaşma tətbiq etməsini xahiş edib.

Meloni məktubunda Aİ-dən Sabitlik və Böyümə Paktında müdafiə xərcləri ilə bağlı istisnaların genişləndirilməsini xahiş edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ