İsrail ordusu tarixində ən yüksək büdcə tələb edir


İsrail ordusunun davam edən hərbi xərcləri maliyyələşdirmək üçün "ölkə tarixində ən yüksək müdafiə büdcəsi" tələb etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, təxminən 1,5 ay əvvəl İranla münaqişə səbəbindən Müdafiə Nazirliyinin büdcəsi təcili olaraq 48 milyard dollara qədər artırılan İsraildə hərbi qol daha 40 milyard şekel (təxminən 13,3 milyard dollar) artırılmasını tələb edir.

Büdcənin artırılması tələbi, davam edən intensiv hərbi hücumlar, Suriya, Livan və Qəzzada əməliyyatlar və İrana qarşı mümkün hərbi hərəkat səbəbindən ordunun ən yüksək hazırlıq səviyyəsində saxlanılması zərurəti ilə əsaslandırılıb.

Yeni tələb də təsdiqlənərsə, 2026-cı il müdafiə büdcəsi 184 milyard şekel (təxminən 61,3 milyard dollar) "tarixi zirvəyə" çatacaq, deyə qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ