SEPAH-dan ABŞ-a xəbərdarlıq: “Səbrimizin həddi var”


İranın Məqsədyönlülük Müəyyənləşdirmə Şurasının üzvü və İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri Möhsün Rzayi ABŞ-ın dəniz blokadasının genişləndirilməsinin bütün ölkələrə zərər verəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, İranın Məqsədyönlülük Müəyyənləşdirmə Şurasının üzvü və İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri Möhsün Rzayi ABŞ-ın dəniz blokadasının uzadılmasının bütün ölkələrə zərər verəcəyini bildirib.

Televiziya proqramında çıxış edən Rzayi qeyd edib ki, hazırda döyüş meydanında nisbi sakitlik müşahidə olunsa da, ABŞ-ın dəniz blokadasını davam etdirməsi müharibənin uzanması anlamına gəlir.

O bildirib: “Səbrimizin həddi var. Silahlı qüvvələr hazırlıqlarını davam etdirir və yüksək hazırlıq vəziyyətindədir. Bununla yanaşı, diplomatik proses də davam edir.”

Rzayi həmçinin ABŞ-ın Hörmüz boğazını iki dəfə açmağa cəhd etdiyini, lakin uğursuz olduğunu iddia edib. Onun sözlərinə görə, Hörmüz boğazı ticarət üçün açıq qalır, lakin hərbi əməliyyatlar üçün bağlıdır.

İran rəsmisi əlavə edib ki, Tehran danışıqlara ciddi yanaşır, lakin hər hansı təcavüz halında daha sərt mövqe nümayiş etdirəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ