Pezeşkian: Danışıqlarda iştirakımız təslim olmaq anlamına gəlmir


İran Prezidenti Məsud Pezeşkian dialoq və danışıqların təslimçilik anlamına gəlmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Pezeşkianın sözlərinə görə, danışıqlar aparılması İran xalqının hüquqlarının və ölkənin milli maraqlarının qorunmasına xidmət edir.

İran Tələbələri Xəbər Agentliyi-nın məlumatına əsasən, İran prezidenti Tehranda müharibənin vurduğu ziyanın aradan qaldırılması ilə məşğul olan rəsmilərlə görüş keçirib.

Çıxışı zamanı Pezeşkian müharibədən zərər çəkmiş insanlara kompensasiya ödənilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, dialoq və danışıqlardan danışmaq geri çəkilmək və ya təslim olmaq deyil, əksinə İran xalqının hüquqlarını və dövlətin maraqlarını qorumaq məqsədi daşıyır.

Prezident əlavə edib ki, İran xalqı “düşmən” qarşısında əyilməyəcək. O, hücumlar nəticəsində evləri zədələnmiş vətəndaşlara dəstək göstərilməsi üçün bütün imkanların səfərbər edildiyini də bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ