Dünya İranın ABŞ-a müharibə ilə bağlı cavabını gözləyir.
Turkustan.az xəbər verir ki, Yaxın Şərqdəki gərginliyin gələcəyini müəyyən edə biləcək bu kritik cavabın cümə axşamı Vaşinqtona çatdırılması gözlənilir, proses isə Pakistan vasitəsilə intensiv diplomatik fəaliyyətlə davam edir. Əl-Cəzirə və beynəlxalq medianın məlumatına görə, Tehran hökuməti hələ də ABŞ-ın son təklifini nəzərdən keçirir.
Xarici mətbuatda yer alan xəbərlərə görə , İran müharibənin tamamilə bitməsini, sanksiyaların qaldırılmasını və Hörmüz boğazının yenidən açılmasını əsas şərtlər kimi irəli sürüb. Tehran administrasiyasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından birbaşa zəmanət istədiyi də bildirilib. Bu tələblərin yerinə yetirilməsindən sonra İranın ikinci mərhələdə nüvə proqramını müzakirə etməyə açıq ola biləcəyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az