Yaxın Şərqdə diplomatik irəliləyiş: Avropada qaz ucuzlaşdı


ABŞ-ın İranla müharibəni dayandırmaq və geniş nüvə danışıqlarına başlamaq məqsədilə bir səhifəlik anlaşma memorandumu imzalamağa yaxın olduğu xəbərləri Avropada qaz bazarına dərhal təsir edib.

Turkustan.az xəbər verir ki, Niderlandda yerləşən və Avropanın əsas təbii qaz ticarət mərkəzi sayılan TTF-də iyun ayı üzrə fyuçers müqavilələri əvvəlki günü meqavat/saat üçün 46,92 avro səviyyəsində bağlayıb.

Bu gün isə qiymətlər kəskin geriləyərək təxminən 12,5 faiz azalmaqla meqavat/saat üçün 41,04 avroya düşüb.

Bazar iştirakçıları bu enişi ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı xəbərlərlə əlaqələndirir. Axios-un adı açıqlanmayan mənbələrə və ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqton Tehrandan razılaşma ilə bağlı 48 saat ərzində cavab gözləyir.

Mənbələr bildirir ki, hələ yekun razılıq əldə olunmasa da, tərəflər hazırda münaqişə başlayandan bəri ən yaxın razılaşma mərhələsinə çatıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ