Bu sözləri dünya mətbuatındadır! İsrail qəzetinin başlığına baxın


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Avropa İttifaqı ilə bağlı açıqlamaları beynəlxalq mətbuatda geniş əks-səda doğurub.

Turkustan.az xəbər verir ki, Türkiyə–AB münasibətlərinə dair mesaj və tənqidlər bir çox ölkənin media orqanlarında əsas başlıqlara çevrilib.

Ərdoğan Prezident Kompleksində keçirilən iclasdan sonra bildirib ki, iqtisadiyyat, turizm, xarici siyasət və kənd təsərrüfatı daxil olmaqla bir sıra mühüm məsələlər müzakirə olunub. O vurğulayıb ki, dünyada münaqişələr, iqtisadi dalğalanmalar və siyasi gərginliklər artsa da, Türkiyə öz strateji kursunu qoruyaraq irəliləməkdə davam edir.

Ərdoğan çıxışında Avropa İttifaqına açıq mesajlar verərək qeyd edib: “AB Türkiyənin konstruktiv mövqeyini düzgün qiymətləndirməli, bundan sui-istifadə etməməli və onu risk altına atan addımlardan çəkinməlidir. Unudulmamalıdır ki, nə Türkiyə əvvəlki Türkiyədir, nə də dünya artıq yalnız Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşır".

Prezident Ərdoğanın sözləri dünya mətbuatında yer alır! Başlıqlara baxmalısınız.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ