Baxçalını sevindirən təyinat: Bu, tarixi bir dönüş nöqtəsidir


İraqda Kərkük şəhərində mühüm siyasi dəyişiklik baş verib.

Turkustan.az xəbər verir ki, İraq Türkmən Cəbhəsinin rəhbəri Məhəmməd Seman Ağa 20 aprel 2026-cı il tarixində rəsmi olaraq Kərkük valisi vəzifəsinə başlayıb. Bununla da Kərkük 102 ildən sonra yenidən türk mənşəli vali tərəfindən idarə olunmağa başlayıb.

Məsələ ilə bağlı MHP sədri Dövlət Baxçalı partiyanın qrup iclasında çıxış edərək bu hadisəni tarixi əhəmiyyət daşıyan inkişaf kimi qiymətləndirib. O bildirib ki, Məhəmməd Seman Ağanın vəzifəyə təyin olunması “tarixi yaraların müəyyən qədər sağalmasına və Kərkükdə türkmən iradəsinin yenidən görünməsinə” şərait yaradıb.

Baxçalı həmçinin qeyd edib ki, bu hadisə Kərkükdə türkmən varlığının inkar edilə bilməyəcəyini bir daha göstərir və şəhərdə bütün etnik qrupların hüquqlarını nəzərə alan tarazlı yanaşmanın formalaşmasına zəmin yarada bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ