O, Türkiyəni hədəf almışdı: İndi isə geri çəkilməyə məcbur oldu


Uqanda Müdafiə Qüvvələrinin komandanı Muhoozi Kainerugaba Türkiyəyə qarşı səsləndirdiyi təhdid dolu açıqlamalarını geri götürüb.

Turkustan.az xəbər verir ki, sosial media hesabında paylaşdığı mübahisəli postları silən Kainerugaba qısa müddətdə gündəmin əsas mövzularından birinə çevrilib.

O, Türkiyə ilə diplomatik münasibətləri kəsməklə hədələyib, ölkədən ən azı 1 milyard dollar tələb edib və həmçinin ölkənin “ən gözəl qadınını” həyat yoldaşı kimi istədiyini bildirib.

Kainerugaba paylaşımında demişdi: “Əsl problem Türkiyədir! Onların öz işlərini görməsini gözlədik, amma nəticə vermədi. Əgər problemlərimizi həll etməsələr, növbəti 30 gün ərzində Türkiyə ilə bütün diplomatik münasibətləri kəsəcəyik. Həmçinin onların aviaşirkətlərini də bloklayacağıq”.

Paylaşımlar sürətlə yayıldıqdan sonra çoxsaylı sosial media istifadəçiləri Kainerugabaya sərt reaksiya verib. Xüsusilə istifadə olunan dil geniş ictimaiyyətin narazılığına səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ