“Vladimir Putin və ya Donald Trampın qlobal addımları səbəbindən enerji xərclərinin daim dəyişməsindən bezmişəm”.
Turkustan.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer qlobal hadisələr və onların təsirləri ilə bağlı Britaniya mətbuatına açıqlama verib. Enerji qiymətlərinin artımında Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampı günahlandıran Starmer qeyd edib ki, “Putin və ya Trampın dünyadakı addımları səbəbindən ölkə daxilində ailələrin və bizneslərin enerji xərclərinin davamlı dəyişməsi qəbuledilməzdir. Ailələrə və müəssisələrə ‘beynəlxalq bazarın şərtləridir, buna dözməliyik’ deyilməsini qəbul etmirəm”.
Starmer həmçinin bildirib ki, ABŞ–İsrail münaqişəsi Böyük Britaniyada enerji qiymətlərinin sürətlə artmasına səbəb olub. Onun sözlərinə görə, Böyük Britaniya Hörmüz boğazının yenidən açılması üçün yaradılmış koalisiyanın mərkəzində yer alır.
Baş nazir əlavə edib ki, rəsmi London müharibənin ilk günlərində ABŞ-ın Britaniya bazalarından hücum məqsədilə istifadə etməsinə icazə verməyib və bu səbəbdən Tramp ilə münasibətlərdə gərginlik yaranıb.
Aytən Yaşar/ Turkustan.az