ABŞ təyyarələrini özü partlatdı: İranda gizli əməliyyat fiaskoya çevrildi


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus xüsusi təyinatlı iki təyyarə İranda keçirilən xilasetmə əməliyyatı zamanı məhv edilib.

Turkustan.az xəbər verir ki, The Wall Street Journal nəşrinin yaydığı məlumata görə, söhbət MC-130J Commando II tipli təyyarələrdən gedir.

Bu təyyarələr adətən düşmən arxasında gizli əməliyyatlar, xüsusi qüvvələrin daxil edilməsi və evakuasiya missiyaları üçün istifadə olunur.

Məlumata görə, ABŞ ikinci pilotun xilas edilməsi üçün həyata keçirilən əməliyyat zamanı ciddi problemlərlə üzləşib. Rəsmi Vaşinqton hadisənin detalları barədə açıqlama verməsə də, bildirilib ki, təyyarələr əməliyyat zonasında “çıxılmaz vəziyyətdə qaldığı” üçün onların məhv edilməsi qərarı verilib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ