Ölümə meydan oxuyan uşaqlar: DƏHŞƏTLİ görüntülər


Suriyanın Rakka bölgəsində azyaşlıların həyatlarını riskə ataraq mina təmizləməsi ilə bağlı şok görüntülər yayılıb.

Turkustan.az xəbər verir ki, hadisə şəhərin şimalında qeydə alınıb.

Məlumata görə, yerli uşaqlar SDG qüvvələrindən qalan partlayıcıları heç bir qoruyucu vasitə olmadan, öz əlləri ilə zərərsizləşdirməyə çalışırlar. Görüntülərdə onların qorxu bilmədən son dərəcə təhlükəli əraziyə daxil olduqları və minalarla birbaşa təmasda olduqları əks olunur.

Videodan da göründüyü kimi, bu “təmizlik” zamanı uşaqlardan biri əlindəki minanın partlaması nəticəsində yaralanıb. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ