Fransanın paytaxtı Parisdə “Paris Müdafiə və Strategiya Forumu 2026” işə başlayıb.
Turkustan.az xəbər verir ki, Forumda çıxış edən Fransa Baş Qərargah rəisi Fabien Mandon ABŞ-ın son illərdə müttəfiqləri üçün daha az proqnozlaşdırılan tərəfdaşa çevrildiyini bildirib. O qeyd edib ki, Vaşinqtonun qərarları bəzən əvvəlcədən məsləhətləşmə aparılmadan qəbul edilir və bu, müttəfiqlərin təhlükəsizliyinə təsir göstərir.
Mandon ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı müttəfiqlərin kifayət qədər məlumatlandırılmadığını xatırladıb. Onun sözlərinə görə, oxşar yanaşma Yaxın Şərqlə bağlı qərarlarda da müşahidə olunur.
Baş Qərargah rəisi vurğulayıb ki, belə hallarda Fransa tərəfi öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün operativ addımlar atmalı olur. O əlavə edib ki, ABŞ hərbi əməliyyatlara başlayarkən müttəfiqlərlə koordinasiyanın zəif olması Fransa üçün həm təhlükəsizlik, həm də milli maraqlar baxımından risk yaradır.
Aytən Yaşar/ Turkustan.az