ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirilən hərbi əməliyyat çərçivəsində 7 800-dən çox hədəfə zərbə endirib, həmçinin İslam Respublikasına məxsus 120-dən çox gəmini məhv edib.
Turkustan.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz 7 800-dən çox hədəfə zərbə endirdik. 120-dən çox İran gəmisi hərbçilərimiz tərəfindən batırılıb", - deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərlərini əhatə edib.
İranın elit hərbi qurumu - İnqilab Keşikçiləri Korpusu (SEPAH) buna cavab olaraq genişmiqyaslı əməliyyat həyata keçirdiyini açıqlayıb və İsrailə zərbələr endirib.
Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən obyektləri də hücumlara məruz qalıb. /Oxu.az/