İsrail hücum etdi, İran qaz təchizatını bağladı


İsrailin İranın cənubundakı Buşehr əyalətində yerləşən dünyanın ən böyük təbii qaz yatağı olan Cənubi Parsa hücumundan sonra İrandan İraqa qaz nəqli tamamilə dayandırılıb.

Turkustan.az xəbər verir ki, İraq Elektrik Nazirliyinin sözçüsü Əhməd Musa əl-Abbadi İranın İraqa qaz nəqlinin tamamilə dayandırıldığını bildirib və əvvəllər gündə təxminən 19 milyon kubmetr olan tədarükün sıfıra düşdüyünü vurğulayıb. Əl-Abbadi qaz axınının dayandırılmasının elektrik enerjisi istehsalına birbaşa təsir etdiyini və nəticədə 3000 meqavatdan çox enerji itkisinə səbəb olduğunu bildirib.

İllərdir davam edən müharibə və infrastruktur problemləri səbəbindən tez-tez elektrik kəsintiləri yaşayan İraq elektrik enerjisi istehsalı üçün istifadə etdiyi təbii qazın əhəmiyyətli bir hissəsini İrandan idxal edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ