Sevgilisi üçün aldığı hədiyyənin qiyməti dodaq uçuqlatdı


Dünya futbolunun ən böyük ulduzlarından biri olan Kriştiano Ronaldo şəxsi həyatı ilə bağlı xəbərlərin manşetlərinə çıxmağa davam edir.

Turkustan.az xəbər verir ki, Portuqaliyalı superulduzun evlənməyi planlaşdırdığı deyilən sevgilisi Corcina Rodrigez üçün hazırladığı sürpriz diqqət çəkib.

İddialara görə, Kriştiano Ronaldo Corcina Rodrigez üçün 37,5 milyon dollar dəyərində ulduz oyunçu alıb. Bu romantik jest sosial mediada tez bir zamanda ajiotaj yaradıb.

Ronaldonun bu addımı azarkeşlər tərəfindən "unikal hədiyyə" kimi qiymətləndirilib, bəzi istifadəçilər isə iddianın doğruluğunu şübhə altına alıblar. Məşhur cütlük və ya başqa heç kim bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ