BƏƏ: İran bu gün 13 ballistik raket və 27 silahlı dronla hücuma başlayıb


İranın İsrailə, eləcə də ABŞ bazalarının yerləşdiyi Körfəz ölkələrinə qarşı cavab hücumları davam edir.

Tiurkustan.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi İrandan atılan 13 ballistik raket və 27 pilotsuz uçuş aparatını (PUA) ələ keçirdiyini açıqlayıb.

Müdafiə Nazirliyi ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verilən açıqlamada hücumlar barədə məlumat verib.

Bəyanatda qeyd olunur ki, bu gün BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan 13 ballistik raket və 27 dronu ələ keçirib.

Bundan əlavə, BƏƏ-nin hava hücumundan müdafiə sistemlərinin İranın hücumlarına cavab olaraq indiyə qədər 327 ballistik raket, 15 qanadlı raket və 1699 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyi bildirilib.

Bəyanatda İranın hücumlarında ümumilikdə iki BƏƏ əsgəri və Pakistan, Nepal, Banqladeş və Fələstin vətəndaşı olan altı mülki şəxsin həlak olduğu, 158 nəfərin isə yüngül, orta və ağır yaralandığı bildirilir.

Nazirliyin bütün təhdidlərə qarşı ayıq-sayıq qaldığı və ölkənin təhlükəsizliyini və suverenliyini qorumaq üçün qətiyyətlə tədbirlər gördüyü vurğulandı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ