Almaniya kansleri: Vaşinqton bizimlə məsləhətləşmədi


Almaniya kansleri Fridrix Merz Yaxın Şərqdəki münaqişələrin ciddi narahatlıq doğurduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Merz Federal Parlamentdə (Bundestaq) çıxışı zamanı ABŞ və İsrailin İrana hücumlarını və regionda baş verən son hadisələri dəyərləndirib. O deyib: “Oradakı vəziyyət hamımızı dərin narahat edir”.

Kansler qeyd edib ki, Almaniya İsrail və ABŞ ilə İranın gələcəkdə nə İsrailə, nə də regiondakı digər ölkələrə təhlükə yaratmaması məqsədini bölüşür.

Merz əlavə edib: “İran rejiminin digər dövlətləri qeyri-sabitləşdirə və təhdid edə biləcəyi dövr başa çatmalıdır. Ümid edirik ki, İran xalqı öz taleyini öz əlinə ala və demokratik seçkilər yolu ilə legitim hökumət qura bilər”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ