İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqladı.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyası Laricaninin ofisindən yazılı açıqlama yayımlayıb. Bəyanatda deyilir: "Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Laricani bu səhər hücumda oğlu Murtəza, müavini Əlirza Bayat, Şura Katibliyinin əməkdaşları və bir neçə mühafizəçi ilə birlikdə öldürülüb".
İranın Baş Qərargah rəisi Əmir Hatəmi ölümlərdən sonra "qətiyyətli" qisasla hədələmişdi.
Laricaninin həyatını itirdiyi hücumun görüntüləri də ortaya çıxıb. Onun Tehranın Pərdis rayonundakı evi tamamilə dağıdılıb.
Digər tərəfdən, İsrailin YNet xəbər agentliyi Laricaninin əlinin olduğunu iddia etdikləri bir fotoşəkil paylaşaraq üzüyün detallarına diqqət çəkib. İsrail ordusu Telegram hesabında paylaşım edərək Laricaninin üzüyü ilə tanındığını iddia edib.
Aytən Yaşar/ Turkustan.az