İranın Buşehr əyalətindəki neft emalı zavodları ABŞ və İsrailin koordinasiyalı hücumlarında hədəfə alınıb.
Turkustan.az xəbər verir ki, hücumdan sonra itki və ya yaralanma ilə bağlı heç bir məlumat verilməsə də, Tehran administrasiyası bölgədə gərginliyi artıra biləcək açıqlamalar verib.
İran ABŞ və İsrailin neft emalı zavodlarını hədəf almasından sonra Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki ABŞ-la əlaqəli neft obyektlərinə zərbə endirməklə hədələyib.
Bu arada, Tehranda İsrail hücumunda həlak olan İran Ali Milli Məclisinin baş katibi Əli Laricani, Bəsic komandiri Qulam Rza Süleymaninin və ABŞ hücumunda həlak olan 84 əsgərin dəfn mərasimi keçirilib. Keçmiş lider Əli Xamenei, Laricani və Süleymaninin fotoşəkillərinin nümayiş olunduğu İnqilab Meydanında keçirilən mərasimdə minlərlə insan iştirak edib. Mərasim boyunca Amerika əleyhinə və İsrail əleyhinə şüarlar səsləndirilib. İsrail ordusu əvvəllər Tehrana edilən hücumlarda Laricani və Süleymanini hədəf aldığını açıqlamışdı və İran iki nəfərin ölümünü təsdiqləmişdi.
Aytən Yaşar/ Turkustan.az