İspaniya 2026-cı ildə Ukraynaya 1 milyard avro dəyərində yeni hərbi yardım paketi təqdim edəcək.
Turkustan.az xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançez Prezident Vladimir Zelenski ilə birlikdə media nümayəndələri ilə söhbəti zamanı bildirib.
"Sizə İspaniyadan yeni tədbirləri çatdırmaq istəyirəm - ilk növbədə, 2026-cı il üçün 1 milyard avroluq yeni hərbi yardım paketi. Ümumilikdə, İspaniyanın bu müharibədə köməyi 4 milyard avroya çatır", - deyə Sançez bildirib.
O əlavə edib ki, bu yardımın bir hissəsi müdafiə məhsullarının birgə istehsalını əhatə edir.
İspaniya hökumətinin başçısı həmçinin qeyd edib ki, İspaniya bu yaxınlarda SAFE proqramını maliyyələşdirməyə başlayıb və bu proqram 2026-cı ildə Ukrayna Müdafiə Nazirliyinin ehtiyaclarının maliyyələşdirilməsinə də töhfə verməlidir.
Aytən Yaşar/ Turkustan.az