İran dediyini etdi! Daha bir ölkənin paytaxtına zərbə endirdi


ABŞ və İsrailin İranın Buşehr əyalətində yerləşən neft emalı zavodlarına zərbələr endirdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, hücumlardan sonra İran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə ABŞ-la əlaqəli enerji obyektlərinə cavab zərbələri endirəcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, İran artıq ilk cavab addımlarını atıb. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada çoxsaylı pilotsuz uçuş aparatları ilə hücum təşkil olunub. Hava hücumundan müdafiə sistemləri bəzi PUA-ları zərərsizləşdirsə də, hücumlar bölgədəki hərbi obyektlər və mühüm enerji xətlərində ciddi gərginlik yaradıb.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi isə açıqlamasında ölkənin şərq bölgəsinə yönəlmiş iki ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edildiyini bildirib.

Gərginlik artdıqca, İran Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə yerləşən strateji enerji obyektlərinin də hədəf siyahısında olduğunu açıqlayıb. Tehran region ölkələrini ABŞ-ı dəstəkləməməyə çağıraraq hücumların davam edə biləcəyinə işarə edib.

Qarşılıqlı addımlar Yaxın Şərqdə enerji təhlükəsizliyini ciddi risk altına salıb və qlobal neft bazarlarında narahatlıq yaradıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ