İran: Biz atəşkəsi qəbul etmirik


İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ və İsraillə müharibədə geri çəkilməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, o deyib: “Biz atəşkəsi qəbul etmirik. Lakin müharibəyə birdəfəlik son qoyacaq və İranın itkilərini kompensasiya edəcək bir təklifi dinləməyə hazırıq”.

“Əl-Cəzirə”yə müsahibəsində Əraqçi İranın siyasi sisteminin güclü olduğunu vurğulayaraq, yüksək vəzifəli şəxslərin itirilməsinin ölkəni sarsıtmayacağını qeyd edib.

Nazir bildirib ki, İrandakı dövlət qurumları fərdlərdən asılı deyil və sistem hətta ən yüksək vəzifəli şəxsin vəfatı halında belə fəaliyyətini davam etdirir.

Əraqçi həmçinin vurğulayıb ki, İran müharibəni başladan tərəf deyil və yalnız ABŞ və İsrailin hücumlarına cavab verir. O əlavə edib: “ABŞ bizə hücum etdikdə, raketlərimiz və pilotsuz uçuş aparatlarımız birbaşa ABŞ ərazisinə çata bilmir. Buna görə də bölgədə yerləşən Amerika hərbi bazalarına zərbələr endirmək məcburiyyətində qalırıq. Təəssüf ki, bu obyektlər regiona yayılıb və bəzi hallarda dost ölkələrin ərazilərində yerləşir.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ