Gündəmi silkələyən İsrail iddiasına Türkiyədən cavab gəldi


Türkiyə prezident Aparatının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi sosial mediada yayılan “xarici silahların Türkiyədən keçməsinə icazə verildiyi” iddialarını təkzib edərək, bunun açıq dezinformasiya olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, qurumun açıqlamasına görə, 17 mart 2026-cı il tarixində dərc olunmuş qərar silah, sursat və hərbi texnikanın Türkiyə ərazisindən tranzitinə sərbəst icazə vermir. Əksinə, bu cür daşımalar müvafiq dövlət qurumlarının rəyləri əsasında təsdiqlənir və ciddi nəzarət mexanizmlərinə tabedir. Bundan əlavə, belə əməliyyatlar üçün Ticarət Nazirliyi tərəfindən uyğunluq sertifikatı verilməsi tələb olunur.

Bəyanatda qeyd edilib ki, qəbul olunan qaydaların əsas məqsədi praktiki proseslərdəki qeyri-müəyyənlikləri aradan qaldırmaq, prosedurları daha şəffaf etmək və nəqliyyat vasitələrinin gömrük ərazilərində uzun müddət gözləməsinin qarşısını almaqdır.

Həmçinin vurğulanıb ki, bu tənzimləmələrin regionda baş verən son hadisələrlə heç bir əlaqəsi yoxdur və ictimaiyyətin yanlış məlumatlara inanmaması tövsiyə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ