Laricani: Səhvinizi etiraf etməyənə kimi sizə rahatçılıq yoxdur


İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ prezidenti Donald Trampın son açıqlamalarına münasibət bildirərək sərt mesaj verib.

Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən X sosial şəbəkəsində paylaşım edən Laricani Trampın İranla müharibədə tez bir zamanda qələbə qazanmaq lazım olduğuna dair fikirlərinə cavab verib.

Laricani bildirib: “Tramp bir daha dedi ki, ‘Bu müharibədə tez bir zamanda qələbə qazanmalıyıq’. Müharibəyə başlamaq asandır, lakin onu bir neçə tvitlə bitirmək mümkün deyil”.

ABŞ və İsrailin İrana hücumlarına da toxunan Laricani əlavə edib: “Səhvinizi etiraf edib bədəlini ödəməyincə sizi rahat buraxmayacağıq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ