“İran gəmiləri Çini tərk edərək Tehranın ballistik raket proqramı üçün lazım olan kimyəvi maddələri daşıyır”.
Turkustan.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti peyk görüntülərinə istinadən məlumat yayıb.
“Müvafiq olaraq 6500 və 14500 ədəd 20 futluq konteyner daşıya bilən “Shabdis” və “Barzin” gəmiləri Çinin cənub-şərq sahilindəki Zhuhai şəhərindəki Qaolan limanında lövbər salıb.
Mütəxəssislər bildiriblər ki, Qaolan İranın raket proqramı üçün lazım olan kimyəvi maddələrin yüklənməsi limanıdır. Bu addım Çinin xarici siyasətində əhəmiyyətli bir dəyişikliyin ola biləcəyini göstərir.
Çünki Pekin əvvəllər Yaxın Şərq də daxil olmaqla, ABŞ ilə hər hansı bir qarşıdurmadan qaçmağa çalışıb. Gəmilərin İranın Bəndər Abbas limanına gedəcəyi gözlənilir”, – deyə nəşr bildirib./Globalinfo.az