İrandan sonra ən ağır ziyana məruz qalan ölkə! İnsan itkisi dəhşətlidir


Livan Səhiyyə Nazirliyi bildirib ki, 2 martdan bəri İsrail hücumları nəticəsində ölənlərin sayı 294-ə çatıb, 1023 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, rəsmilər ölənlərin sayının artmaqda davam edəcəyindən narahatdırlar.

Livan Səhiyyə Nazirliyi İsrail ordusunun ölkəyə qarşı davam edən hava və dəniz hücumları ilə bağlı yenilənmiş məlumatları paylaşıb. Nazirliyin açıqlamasına görə, 2 martdan bəri ölkə daxilində davam edən hücumlarda ölənlərin sayı 294-ə, yaralananların sayı isə 1023-ə çatıb.
İsrailin bölgədə, xüsusən də paytaxt Beyrutda hücumları davam etdikcə, rəsmilər ölənlərin sayının daha da artacağından narahat olduqlarını bildiriblər.

İsrail ordusu 2 martda Livandan atılan raket aşkar edildikdən sonra ölkənin şimalında sirenlərin işə düşdüyünü açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ