ABŞ-da kəşfiyyat hesabatının hazırlanaraq ABŞ prezidenti Donald Trampa təqdim edildiyi və İrana hücumların rejimi devirmək üçün kifayət etməyəcəyi iddia edildiyi iddia edilib.
Turkustan.az xəbər verir ki, "The Vashington Post" (VP) qəzeti hesabatla tanış olan üç mənbəyə istinadən Trampın İranda Amerikapərəst bir hökumət qurmaq planına şübhə ilə yanaşıb .
ABŞ və İsrailin İrana hücumları fevralın 28-də başlamazdan təxminən bir həftə əvvəl hazırlandığı bildirilən hesabatda İran rəhbərliyinə qarşı hücumlardan sonra mümkün ssenarilər dar miqyasda və ya hökumət qurumlarını əhatə edəcək daha geniş diapazonda qiymətləndirilib.
Hesabatın nəticələri ilə tanış mənbələr bildirib ki, mövcud kəşfiyyat məlumatları göstərir ki, hər iki ssenaridə İranın dini və hərbi qurumları, o cümlədən İranın Ali Lideri Əli Xameneinin öldürülməsi də daxil olmaqla, hakimiyyətin davamlılığını qorumaq üçün hazırlanmış protokollara əməl etməklə cavab verəcəklər.
Aytən Yaşar/ Turkustan.az