Ramazanın on səkkizinci gününün - imsak, iftar vaxtı və duası


Sabah Ramazan ayının on səkkizinci günüdür.

Turkustan.az xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 7-si Bakıda imsak vaxtı saat 05:38, iftar isə 18:54-ə təyin olunub.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

On səkkizinci günün duası:

İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat. Qəlbimi bu səhərlərin ziyası ilə işıqlandır. Bədənimin əzalarını bu günün təsirinə tabe olmağa yönəlt. Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah!

Allah orucunuzu qəbul eləsin!


MANŞET XƏBƏRLƏRİ